SON DƏQİQƏ:

Milli Qəhrəmanın 70 illik yubileyi qeyd edildi

  18444   |  
Şriftin ölçüsü  
Binəqədi rayonunda Milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən (İH) verilən məlumata görə, İH-nin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və "Milli Qəhrəmanlar” abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə icra başçısının müavini Vüsar İsmayılov, İH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və Milli qəhrəman Allahverdi Bağırovun ailə üzvləri iştirak edib. Tədbir Dövlət himni ilə açılıb.
Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışıblar. Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını deyib. Binəqədi rayon İH başçısının müavini Vüsar İsmayılov isə bildirib ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır.
Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK