Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
Bu gündən Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib. Yeni tədris ilinin ilk günündə universitetin auditoriyaları və dəhlizləri yenidən tələbələrin səsi ilə canlanıb. Birinci kurs tələbələri universitet həyatının ilk gününün həyəcanını yaşayıb, yuxarı kurs tələbələri isə yeni tədris ilinə daha böyük təcrübə və özünəinamla başlayıblar.
İlk gün xüsusilə universitet həyatına yeni başlayan tələbələr üçün faydalı məlumatlarla zəngin olub. Dekanlar, dekan müavinləri və akademik məsləhətçilər birinci kurs tələbələri ilə görüşərək onları tədris prosesinin təşkili ilə bağlı əsas məsələlərlə tanış ediblər. Tələbələrə elektron universitet, dərs cədvəli, mühazirə və seminar dərslərinin xüsusiyyətləri, universitetin daxili prosedur qaydaları, kitabxanadan istifadə imkanları, imtahanların keçirilməsi, o cümlədən universitetdə onların təhsil və inkişafına dəstək məqsədilə yaradılan imkanlar, tələbə həyatı və akademik proseslə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Universitetinə bu il bakalavriat səviyyəsinə 24 ixtisas, magistratura səviyyəsinə isə 11 ixtisas və 23 ixtisaslaşma üzrə qəbul aparılıb.
Digər Xəbərlər
10 Oktyabr 2026 14:01
Məktəblilər belə geyinməlidir - VİDEO
09 Oktyabr 2026 17:00
LDU-da Respublika elmi-praktiki konfransı keçirilib
09 Oktyabr 2026 16:46
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
07 Oktyabr 2026 11:20
“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
06 Oktyabr 2026 20:11
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09
Onlar dövlət hesabına TƏHSİL ALACAQ
06 Oktyabr 2026 12:45


Bakı -°C

