SON DƏQİQƏ:

İrandan növbəti xəyanət: Azərbaycanın düşmənləri konfransa dəvət edildi

  684   |  
Şriftin ölçüsü  

Bu ilin avqust ayında heç vaxt olmadığı qədər gərginləşən Azərbaycan- İran münasibətləri ən təhlükəli anlar yaşandı. Hər iki ölkə qarşıdurmanın düz yanından geri dönməyi bacardılar. 


Pakistanın, Türkiyənin İrana birbaşa mesajları, Rusiyanın dolayımünasibəti, Avropa dövlətlərinin eləcə də ABŞ-ın  fürsətcil jestləri İranı Azərbaycana hücum etməkdən çəkindirdi. Qarşılıqlı ittihamlardan sonra İran anladı ki,münasibəti gərdinləşdirmək, İranı çıxılmaz dalana dirəyə bilər. Və elə o vaxtdan münasibətləri yumşaltmağa çalışdı.
Dövriyyəyə İranın xarici işlər nazirl Hüseyn Əmir Abdullahian girdi. “Azərbaycan Respublikası ilə əlaqələrimizi müsbət istiqamətdə və mehriban qonşuluq şəraitində davam etdirəcəyik” açıqlaması ilə Azərbaycan dövlətinin “könlünü almağa” çalışdı. Daha sonar bildirdi ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslar müsbət istiqamətdə davam edir və hər iki tərəf münasibətlərin inkişafı üçün siyasi iradə nümayiş etdirir.
Tərəflər arasında bəzi fikir ayrılıqları ola bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, iki qonşu dövlət qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir.
Daha sonra İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var” cümləsi İran Prezidenti İbrahim Rəisinin dilindən çıxdı. O, bu  sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən  dedi.
 Ataların bir sözü var biz heç vaxt onu unutmamalıyıq: 


Qarı (əzəldən düşmən olan)düşmən dost olmaz, yedirsən yağı-balı.. 

 

 

Adalet.az xəbər verir ki, İran terrorçulara dəstək verməyə davam edir və bu o terrorçulardı ki, Azərbaycana düşmənçilik edirlər.
  Beləki,İranın paytaxtı Tehranda konfrans keçirilib.
Konfransda “Hüseyniyyun” (Hüseynçilər) terror təşkilatının axtarışda olan və Azərbaycanda onlara cinayət işi açılmış üzvləri – Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədov fəxri qonaq kimi iştirak ediblər.


 Qeyd edək ki, Azərbaycanla düşmənçilik niyyəti İranın köhnə peşəsi olub. Biz bunu 44 günlük müharibədən sonra daha dəqiq öyrənə bildik.
Azərbaycan Ordusunun 30 illik işğala son qoymaq üçün apardığı haqq savaşı dosta sevinc, düşmənə dərd verdi. Elə müharibənin ilk "akkordlarından" hansı dövlətlərin, hansı qüvvələrin Azərbaycana qarşı çıxdığı çox aydın şəkildə göründü. Azərbaycanın içində "din" adı altında pərdələnən, radikal qruplaşmalar yaradaraq, ölkə daxilində vətəndaş müharibəsini alovlandıraraq qardaşı-qardaşı, atanı-övlada düşmən kəsmək istəyən İran hakimiyyətinin iyrənc əməllərindən çoxumuz xəbərsiz olmuşuq. Çünki Azərbaycan hər zaman Qərbin sanksiyalarına məhəl qoymayaraq, İrana nəfəslik olmaq üçün bütün təzyiqlərə sinə gərən bir dövlət, bir xalq olub, dosta dar gündə əl uzadıb.
"Din qardaşımız" naxələf çıxdı
Sən demə, İranın Azərbaycana qarşı məkrli planları bu günün, dünən işi deyil. Proseslər irəlilədikcə adını "islam dövləti" qoyub, ermənipərəst mövqe sərgiləyən, Azərbaycanın düşməninin əlini sıxan, onu silahlandıran Tehranın Azərbaycanda planlaşdırdıqları iyrənc oyunların qarşısındakı pərdə də qalxmağa başlayır.


 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK