adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Noyabr 2021 09:47
1471
DÜNYA
A- A+

Türkiyə və Ukrayna prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə PA İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

Qeyd olunur ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.

Dövlət başçıları həmçinin regional gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.