Bu oyuna biletlərin qiyməti 57 dəfə artdı
DÇ-2026-nın 1/8 finalında keçiriləcək İngiltərə - Meksika oyununun biletlərinin qiyməti kəskin bahalaşıb.
Adalet.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İngiltərə azarkeşlərinin əvvəlcədən aldığı biletlər FIFA-nın rəsmi satış portalında dəfələrlə baha qiymətə yenidən satışa çıxarılıb.
Nominal qiyməti 605 dollar (460 funt sterlinq) olan ən bahalı biletlər hazırda 30 min dollara (22 800 funt sterlinq) təklif edilir. Alıcı üçün nəzərdə tutulan FIFA-nın 15 faizlik komissiyası əlavə edildikdə isə bir biletin qiyməti 34 500 dollara (26 220 funt sterlinq) çatır. Bu, ilkin qiymətdən 57 dəfə çoxdur.
Nominal dəyəri 295 dollar (224 funt sterlinq) olan ən ucuz biletlər isə hazırda 3448 dollara (2620 funt sterlinq) satılır. Bu da ilkin qiymətdən təxminən 12 dəfə bahadır.
BBC qeyd edir ki, son üç gündə bu matçın biletlərinin qiyməti daha 33 faiz artıb. Halbuki pley-off mərhələsinin digər görüşlərinə biletlərin qiymətində ucuzlaşma müşahidə olunur.
Qeyd edək ki, Meksika - İngiltərə görüşü iyulun 6-da keçiriləcək.
Digər Xəbərlər
11 Iyul 2026 13:02
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
11 Iyul 2026 01:02
İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB
10 Iyul 2026 15:49
"Haaland ayı kimi yeyir" - Gündə 6 dəfə qidalanırmış
10 Iyul 2026 15:33
Elvin Cəfərquliyev: “Sizi çox sevirəm”
10 Iyul 2026 14:59
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
10 Iyul 2026 02:00
Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB
10 Iyul 2026 00:31
Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov
09 Iyul 2026 22:51


Bakı -°C

