Araz Hüseynov: Ədəbinlə tanın, deyim kişisən
Ədəbinlə tanın, deyim kişisən.
Ədəbsizə, əxlaqsıza qarışma,
Ədəblini dost tut, deyim, kişisən.
Hər ötənə yaxınlaşma, tanışma, danışma
Tərbiyəni dost tut, deyim kişisən.
Sədaqətini daima saxla
Hərdən də səxavətli ol
Deyim kişisən
Hərdən yan-yörəni nəzərdən keçir.
Bax, gör oturduğun-durduğun kimdir.
Hərdən bir fəqiri də güldür, sevindir,
Soruş: "dərdin nədir?", deyim kişisən.
Vermə gözəl günü boşuna yelə,
Fərqi yoxdur cinsin nədir sənin elə
Hərdən sən də əl at çəkicə, belə,
Boş-boş ötürdüyün aylara, ilə
Hərdən bir qiymət qoy, deyim kişisən.
Yandırma papağını boşuna günə,
Çox da meyl eləmə dövlətə, pula
Kişisən, hər yerdə kişilik eylə,
Hərdən ciddi adam ol, deyim kişisən .


Bakı -°C

