adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Noyabr 2021 16:40
6473
GÜNDƏM
A- A+

Rusiya SM-dan ermənilərə növbəti hədiyyə: Ağdamın Sırxavənd və Ballıqaya kəndlərində  uşaq bağçası açılır

Artıq bir ildir ki, Rusiya sülhməramlıları  Qarabağın  erməni sakinlərinə xilaskar rolunda məmnunluq duyduğunu yorulmadan göstərdikləri yardımlardan bilirik. Ermənistanın səlahiyyətindən uzaq düşən, Azərbaycanıntabeliyini qəbul etməyən asi erməniləri “daşı ətəyindən töküb” təslim olmamağa vadar edən Rusiya olduğunu balaca uşaqlar da bilir...

 Ərzaq,  geyim, dərman, müalicə, müayinə, uşaqlar üçün oyuncaq və sair insan üçün vacib olan bu tip yardımların hər gün sakinlərə çatdırılması artıq ənənə şəklini alıb. Ermənilərə evlər tikilir, qəsəbələr salınır, yeni kilsələr fəaliyyətə (Xocalı) başlayır.
  Üstəgəl sülhməramlıların qaranlıq məqamlarından biri də demək olar ki, hər həftənin bazar günləri Ermənistandan və Xankəndidən   Amaras monastrına icazəsiz gələn zəvvarları qorumaq, onların ziyarətini təhlükəsiz həyata keçirməkdi. Ötən gün erməni mediası yazmışdı ki, ay ərzində Laçın dəhlizindən 65 min maşın giriş-çıxış edib . Təbii ki, Ermənistan- Xankəndi marşurutu üzrə...

 


Adalet.az  Sputnik Armeniya saytına istinadən  xəbər verir ki, Rusiya Sülhməramlıları növbəti dəfə həddlərini aşıblar. Bu gün onların köməyi ilə Dağlıq Qarabağdakı iki kənddə 40 yerlik yeni uşaq bağçası açılacaq. Məsələnin ən qəliz tərəfi də odur ki, Ağdam rayonunun ərazisinə daxil olan Sırxavənd və "Kiçan adlandırılmış Ballıqaya kəndlərinin"( 1992-ci il işğalından sonra qanunsuz məskunlaşmış ermənilərin sayı artaraq hazırda 172 dir) “Dağlıq Qarabağın kəndləri” kimi təqdim edilməsidir.

Qeyd edək ki, Rusiya sülhməramlıları 10 noyabr Bəyanatının son bir ildə heç bir bəndinə tam olaraq əməl etməyiblər. Hətta Rusiya MN öz rəsmi saytında   Xankəndini Stepanakert, Xocavəndi Martuni, Ağdərəni Mardakert, eləcə də digər kənd və qəsəbələri də erməniləşdirilmiş adlarla qeyd edir.  Xankəndidən oktyabr ayında ermənilər tərəfindən çəkilən fotolarda  qondarma “dövlət binası”nda  hələ də “dqr” məxsus əski parçası dalğalanmaqdadır.

 

Hərbi cinayətkar, Azərbaycan dövləti tərəfindən axtarışa verilən qondarma dövlət başçısı Arayik Arutunyan bu vaxta qədər Azərbaycana təhvil verilməli idi. Rusiya sülhməramlıları ilə yaxın təmasları olan qondarma başçı onlarla sarmaş-dolaş fotoları ilə tez-tez gündəm olur. Birlikdə Xocalı rayonunda (Rusiya SM və ermənilərin İvanyan adlandırdığı  )  köçkün ermənilər üçün qəsəbə tikir.

P.S. Ümid edirik, Rusiya SM-n Azərbaycan hakimiyyətini saymazdan gələn bu hərəkətləri dövlətimiz tərəfindən diqqətə alınacaq.


 Əntiqə Rəşid