Sabah 33 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Digər Xəbərlər
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:49
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
07 Oktyabr 2026 13:28
Pensiyaların ödəniləcəyi tarix açıqlandı
07 Oktyabr 2026 13:23
Prokurorluğa qəbul imtahanı keçiriləcək
07 Oktyabr 2026 12:33
Ekspertizanın aparılması qaydası dəyişir
07 Oktyabr 2026 12:22
Ukraynaya humanitar yardım göndərildi
07 Oktyabr 2026 12:02
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
07 Oktyabr 2026 11:43


Bakı -°C

