adalet.az header logo
  • Bakı -°C
13 Sentyabr 2026 16:41
46
DÜNYA
A- A+

Hakan Fidan Suriyaya getdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Adalet.az  “TRT Haber”ə istinadla xəbər verir ki, XİN rəhbəri səfər çərçivəsində suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə bir araya gələcək. 

Türkiyəli diplomatın eyni zamanda Suriya Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul edilməsi də gözlənilir.

Görüşdə YPG/SDQ terror təşkilatının özünü buraxması qərarı və inteqrasiya prosesində baş verən son irəliləyişlər ətraflı nəzərdən keçiriləcək, qərarların vaxtında icrasının vacibliyi vurğulanacaq. Eyni zamanda, Suriyanın cənubundakı vəziyyət də müzakirə olunacaq.

Bununla yanaşı, tərəflər ticarət, energetika, nəqliyyat və regional əlaqələrin bərpası istiqamətində əməkdaşlıq layihələrini dəyərləndirəcəklər. Türkiyənin Suriyanın iqtisadi dirçəlişinə və regional inteqrasiyasına dəstəyini davam etdirəcəyi bildirilir.