adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 10:22
983
DÜNYA
A- A+

Rusiya və Çin AUKUS-a cavab verməyəcək

Çinin müdafiə üzrə  Amerika-Çin münasibətləri üzrə Xalq -Azadlıq ordusunun direktoru, istefada olan general-mayor Yao Yunçju bildirib ki, Rusita və Çin AUKUS-a cavab olaraq yeni hərbi müttəfiqlik yaratmayacaq.
 
"Biz Rusiya ilə artıq bütün sahələrdə müttəfiqik. Hesab edirəm ki,  hər iki ölkənin maraqlarına xidmət edən tərəfdaşlığımızı saxlayacağıq"- deyə Yao Yunçju bildirib.
  
AUKUS-un yaranmasının Çin Xalq Respublikasının güclənməsilə əlaqədar olması sualını cavablandırarkən isə, o, qeyd edib ki, "Çinə təhlükə bir qədər şişirdilir. Hərbi birliyin yaradılması, əslində regionda hökmüranlığın gücləndirilməsinə və bəzi hallarda daxili siyasət xatirinə edilir".
  
Rüstəm Hacıyev