SON DƏQİQƏ:

Ərdoğan səfirləri  “əhv etdi”

  385   |  
Şriftin ölçüsü  

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan on səfirin ölkədən çıxarılması ilə bağlı fikrini dəyişib. Buna səbəb həmin səfirlərin yeni bəyanatla çıxış edərək Vyana Konvensiyasının onları dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi qoyan maddəsinə sadiq olduqlarını bəyan ediblər. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edib ki, diplomatlar bununla da “geri addım atıblar” və bundan sonra da bəyanatlarında daha diqqətli olacaqlar.

Türkiyədəki on diplomatik missiyanın rəhbərinin yeni açıqlaması “Twitter”-də yerləşdirilib.  Açıqlamada səfrilər Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41 maddəsini pozduqlarını etiraf ediblər. Orada deyilir ki, diplomatik işçilər "ev sahibi dövlətin qanun və qaydalarına hörmət etməyə və dövlətin daxili işlərinə qarışmamağa borcludurlar".

Səfirlərin yeni mesajına cavab olaraq Ərdoğan “dərslərini aldıqlarını” deyib. “Biz inanırıq ki, Vyana Konvensiyasının 41-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirmiş bu səfirlər indi öz bəyanatlarında daha diqqətli olacaqlar”, - deyə prezident bildirib.

Onun fikrincə,  bu bəyanat diplomatik missiya rəhbərlərinin “ölkəmizə böhtan atmaqdan bir addım geri çəkildiyini” göstərir. Prezident əlavə edib ki, Türkiyənin müstəqilliyinə hörmət etməyən səfir  bu ölkədə qala bilməzqala bilməz.

“Türkiyə məhkəmə sistemi heç kimdən əmr qəbul etmir. Hakimlərimizə qarşı edilən bu hörmətsizliyə layiqli cavab vermək dövlət başçısı kimi mənim borcum idi”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, diplomatic qalmaqal  ABŞ, Almaniya, Fransa, Kanada, Finlandiya, Norveç, İsveç, Danimarka, Yeni Zelandiya və Hollandiyanın səfirlərinin oktyabrın 18-də Türkiyə hakimiyyətinə müraciətindən sonra yaranıb. Onlar 2017-ci ildən həbsdə olan iş adamı və fəal Osman Kavalanın dərhal azadlığa buraxılmasını tələb ediblər. O, 2013-cü ildə Gəzi parkının yenidən qurulmasına etirazlarda və 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunub. Məhkəmə zamanı bəzi ittihamlar Kavaladan götürülüb, bəziləri ona qarşı irəli sürülüb, lakin məhkəmə onun işi ilə bağlı heç bir qərar qəbul etməyib.

“Məhkəmə prosesində davam edən gecikmələr, o cümlədən müxtəlif işlərin birləşdirilməsi və əvvəlki bəraətdən sonra yenilərinin yaradılması Türkiyə məhkəmə sisteminin demokratiyaya, qanunun aliliyinə və şəffaflığına hörmətə kölgə salır”, - səfirlər bildiriblər.

Bundan sonra Ərdoğan Xarici İşlər Nazirliyinə diplomatları təcili “persona non qrata” elan etməyi tapşırıb. Prezident deyib ki, səfirlər  ya Türkiyəni başa düşməlidirlər, ya da ölkəni tərk etməlidirlər.

 

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29
2021-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK