SON DƏQİQƏ:

Mikayıl Cabbarov Monqolustanın xarici işlər naziri ilə saziş imzaladı

  242   |  
Şriftin ölçüsü  

Oktyabrın 21-də Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş imzalanıb. 

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata əsasən, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin imzalayıblar.

Sənəddə Monqolustanla iqtisadi əməkdaşlıq sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, investisiya, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar videoformatda keçirilən tədbirdə Mikayıl Cabbarov Azərbaycan-Monqolustan siyasi-iqtisadi əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın inkişafında keçirilən yüksək səviyyəli görüşlərin xüsusi rolunu qeyd edib. Nazir Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Görüşdə 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər diqqətə çatdırılıb, Monqolustan şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka dəvət edilib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, iqtisadi əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə bu gün imzalanan Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Sazişin qarşlıqlı ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK