adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2021 12:12
1198
DÜNYA
A- A+

Yaponiya təlaşa düşdü

Rusiya və Çin vertalyotlarının hərbi gəmilərindən qalxmasına cavab olaraq Yaponiyanın hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələri havaya qaldırılıb.

Bu barədə mətbuat konfransında məlumat verən hökumət katibinin müavini Esixido İsidzaki bildirir ki, uçuşlar Yaponiyanın Sumisu adasının 50-100 km-də çəmləşən Rusiya və Çinin  Hərbi Dəniz donanmalarına məxsus gəmilərdən həyata keçirilib. Çin və Rusiyanın beş gəmisi Xonsyu adasına yaxınlaşıb.

Yaponiya buna cavab olaraq qırıcı təyyarələrini havaya qadırıb. Hökumətin nümayəndəsi əlavə edib ki, Tokio Rusiya və Çinin hərbi gəmilərinin sərhədləri yaxınlığındakı manevrlərini diqqətlə izləyir. 

"Dəniz birgə hərəkətləri-2021" Rusiya-Çin hərbi təlimləri Yapon dənizində 14-18 oktyabrda aparılıb. Hərbi təlimlərə uyğun olaraq, ikitərəfli taktiki manevrləraparılıb, arteleriya atəşləri sınaqdan keçirilib, şərti düşmənin sualtı qayıqlarının axtarılması və bloklanması təlimləri aparılıb.
  
Rüstəm Hacıyev