adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Oktyabr 2021 17:20
927
SİYASƏT
A- A+

Arzuxan Əlizadə: “Həyəcan təbili çalsaq da buna göz yumulub...”

Bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyya nəticəsində İlqar İbrahimoğlu, Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov vəTəmkin Cəfərovun saxlanılması barədə məlumatlar yayıldı. Sonradan Hacı İlqar evə buraxılsa da, digərləri ilə hələ də sorğu-sual prosesi davam edir.

Ümumiyyətlə, son günlər İranmeyilli qüvvələrin sosial şəbəkələrdə aktivliyi, onların rahat dövlətçiliyimizi təhdid etməsi cəmiyyətimizdə haqlı olaraq narazılıq yaradırdı. Vətəndaşlarımız bu “İranameylli insanların hər cür təxribatlara əl atacaqlarından narahatdır. Bu səbəbdən DTX-ın bu məliyyatını insanlar alqışladılar. Bununla belə təhlükə hələ də qalır.  Çünki İran üzdə özünü sakitləşmiş kimi gprünsə də təbii reallıqda bunun tam əksinə yenə də din faktorundan istifadə edərək burda özünə yeni-yeni “əlaltılar” yetişdirməkdə davam eedəcək.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə sözü gedən mövzuda “Adalet.az”-a danışarkən bildirdi ki, İranın son illər yürütdüyü ermənipərəst və bununla yanaşı anti-Azərbaycan mövqe səbəbindən yaranmış gərginlik fonunda DTX-nın həyata keçirdiyi  əməliyyat təqdirəlayiqdir.

“Ötün müddət ərzində İran Ermənistandan yardımlarını əskik etməyib. Xüsusən 44 günlü Vətən Müharibəsi dövründə İranın Ermənistana gedən hərbi yüklü avtoçobillərin öz ərazisindən keçməsinə icazə verməsini unutmadıq. Müharibədən sonra İranın Qarabağdakı separatçıların Azərbaycana qarşı güclənməsində dəstək verməsi də sübut edir ki, bu qonşu ölkə heç də qardaş və dindaş deyil. 30 il ərzində İran ermənilərin  Azərbaycan ərazisindəki məscidlərin dağıdılmasına göz yumub. Bu səbəbdən kimlərinsə İranın din pərdəsi altında yürütdüyü hiyləgər siyasətə inanıb onun köləsinə çevrilməsi vətənə xəyanətdir. İran 30 il əzrzində din pərdəsi altında Azərbaycanda özünə dəstək qrupları yaratmaqla məşğul olub. Təəssüflər olsun ki, bu təhlükə müvafiq qurumlar tərəfindən vaxtında nəzarət alınmayıb, əksinə onlara rahat fəaliyyət üçün şərait yaradılıb. İranın ali dini rəhbərinin Azərbaycanda  xüsusi nümayəndəsi  Ocaqnejadın Bakıda rahat anti-Azərbaycan fəaliyyətinə vaxtında diqqət yetirilməyib. Onun bilavasitə təşkilatçılığı ilə azərbaycanlı gənclərin  dini təhsil almaq adı altında İrana göndərlib orda Azərbaycanın əleyhinə yetişdirilməsi barədə uzun illər boyu cəmiyyətimizdə həyacan təbili çalsaq da buna göz yumulub. Ona görə də İran-Azərbaycan münasibətlərinin kəskinləşdiyi bir vaxtda bəzi dindarların ölkəmizi təhdid etməsinə təhlükəsizlik orqanlarının səssiz qalmamasını alqışlayırıq. Bu gün sosial şəbəkələrdə iranameyilli insanlar tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Ona görə də DTX əməkdaşları bu məsələni daha ciddi formada diqqətdə saxlamalıdırlar. İranın Azərbaycan əleyhunə çalışdırdığı  başqa insanlar da aşkar edilib həbs olunmalıdırlar.

 

İltifat HACIXANOĞLU