adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Oktyabr 2021 13:29
1357
İDMAN
A- A+

“Qarabağ”ın oynunda Elnur Əşrəfoğlunun xatirəsini anılacaq 

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.

Adalet.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.