adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Oktyabr 2021 13:04
569
MƏMLƏKƏT
A- A+

Partiyanın Qadınlar Şurası XTQ gizirinin ildönümündə iştirak edib - FOTOLAR

“Ana Vətən Partiyasının Qadınlar Şurası” II Vətən Savaşında Murovdağ döyüşləri zamanı qəhrəmancasına Şəhid olan XTQ giziri Xəlilov Namiq İlyas oğlunun ildönümündə iştirak edib.

Adalet.az xəbər verir ki, partiyanın Qadınlar Şurası qəhrəman qardaşımızın böyüyüb, boya-başa çatdığı Şirvan rayonundakı ata ocağında olub, Rayon Şəhidlər Xiyabanında məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

“Ana Vətən Partiyasının Qadınlar Şurası”-nın sədri Günay Ağamalı qeyd edib ki, şəhidlərimizi anmaq, onların bizlərə əmanət etdiyi körpələri diqqətdə saxlamaq, ailələrini ziyarət etmək hər bir Azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur: “Zəfər sevincini Xalqımıza yaşadan, qanları ilə tarix yazan, and yerimizə çevrilən Şəhid qardaşlarımıza Uca Tanrıdan rəhmət diləyirik”.