Rusiya Çubaysın 20 milyardını əlindən alır
Rusiyada məhkəmə icraçıları “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysdan 20 milyard rubla yaxın vəsaitin məcburi qaydada tutulması prosesini həyata keçirirlər.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Məbləğin təxminən 18 milyard rublu əmlak xarakterli tələblər, qalan hissəsi isə icra rüsumu ilə bağlıdır. Çubaysa qarşı ümumilikdə 14 icra işi açılıb. Onlardan 10-u 2016-cı ilin iyun-oktyabr ayları arasında başlanıb. Moskva Arbitraj Məhkəməsindən daxil olan sənədlər əsasında Çubaysdan 17,74 milyard rubl təzminat tələb olunur. Bu vəsait “Rosnano” şirkətinə dəymiş ziyanın ödənilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, korporasiyanın sabiq rəhbərindən təxminən 2,13 milyard rubl məbləğində icra rüsumu da məcburi qaydada tutulur”, – məlumatda bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Anatoli Çubays ölkəni tərk etmişdi.
Digər Xəbərlər
27 Oktyabr 2026 10:51
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
26 Oktyabr 2026 20:44
Avropadakı etirazları Türkiyəyə daşımaq istəyənlərə Ərdoğandan XƏBƏRDARLIQ
26 Oktyabr 2026 20:34
4 il sonra ilk dəfə Rusiya səmasından uçdular
26 Oktyabr 2026 20:00
Şahzadə uşaqlıqda DJ olmaq istəyibmiş
26 Oktyabr 2026 18:50
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
26 Oktyabr 2026 17:39
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
26 Oktyabr 2026 14:54
Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı
26 Oktyabr 2026 14:20


Bakı -°C

