adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Oktyabr 2021 17:36
1359
DÜNYA
A- A+

Ramzan Kadırov qızını naziri təyin etdi

Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.

Adalet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi instaqram hesabında yazıb:

“İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib.

Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova indiyədək mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.