adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Oktyabr 2021 11:40
2798
ŞOU-BİZNES
A- A+

Gözəlliyinə və sənətinə görə məmur ona  ev bağışladı - 3  milyona villasını satdığa qoydu  Xəbər var 

"Gözəlliyimin səbəbi genetikamdır, anamdan, atamdan keçən qandır. Mən hər şeydə gözəllik axtarıram. Pis nə varsa, ondan qaçıram. Məni ruhdan salmaq üçün dedi-qodu yayanların xəbərləri yoxdur ki, onlara gülürəm və ruhlanıram” açıqlaması ilə gündəmə bomba kimi düşən Xalq artisti Məleykə Əsədovadan yeni xəbər var.. 
 Adalet.az
xəbər verir ki, xalq artisti səhnə üçün çox darıxdığını etiraf edib:
 “31 ildir ki, səhnədəyəm və karyeramda ilk dəfə idi ki, il yarım səhnədən uzaq qaldım. Təsəvvür edin, az qala 2 il olurdu ki, səhnədən uzaq idim, amma işə qayıdıb məşqə başlayanda qətiyyən çətinlik hiss etmədim. Mənim üçün adaptasiya problemi olmadı, əksinə, çox sevinclə işə başladım. Səhnəyə ruh yüksəkliyi ilə, daha enerjili qayıdacağıq. Hələ tamaşaçılarımızın alqışını gördükdən sonra daha ürəkdən çıxış edəcəyik, çox darıxmışıq”.


 1966-cı ildə Neftçalada anadan olan Məleykə Əsədova sənətindən başqa qalmaqalları ilə də məşhurdur.Məleykə Əsədovanın həyatında ən böyük qalmaqal aktyor Ramiz Məliklə baş verib Beləki, Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.
Ramiz Məlikin bu şərhi Əsədovanı qəzəbləndirib. O, açıqlama verərək, “Ramiz, indi qeyrətə gəlmisən?” deyib.
Ramiz Məlik həmkarının bu sözlərini cavabsız qoymayıb:

 


“Şortikdə şəkillərini qoyub, deyirəm ki, ayıbdır, özünü reklam eləmə. Xalq artistisən, teatrın imicini qoru. Mən evdə olmamışam, yoldaşıma zəng edib, təhqir yağdırıb, hədələyib. Deyir, onun başına oyun gətirərəm. Mənim qeyrətim yoxdur? Mənim ailəmdə nə var? Sən bir dön keçmişinə bax, gör nələrdən çıxmısan? Mamedi birgünlük gətirib, özünə toy elədin. Özünü göstərmisən. Doğmusan bəyəm? Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mənim ağzımı açmasın. Hər şeyi çox yaxşı bilirəm. Mən nə etmişəm ki? Sadəcə, bir ağsaqqal kimi məsləhət görmüşəm ki, şortikdə şəkilini paylaşma. Tərbiyəsiz sənsən e. 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Bunları istəyirsən mən deyim? Adamın nə qədər sponsoru olar?”


 Aktrisa aktyoru məhkəməyə verib ondan 1000 manat təzminat aldı.
 Unutmusunuzsa xatırladım: ARB TV-nin "Səhər-səhər" verilişinin növbəti qonağı xalq artisti Məleykə Əsədova ilə teleaparıcı Rövşanə Ağasəfqızının fikirləri üst-üstə düşməyib və gərgin anlar yaşanıb. Teleaparıcı Məleykə Əsədovaya etiraz edərək vaxtilə onu efirə dəvət edərkən onun gələ bilməməsinin səsyazıları, eləcə də digər teatr xadimlərinin verilişə gəlməkdən imtina etmələri ilə bağlı yazışmaları olduğunu bildirib:
"Azərbaycan teatrı yalnız sizdən ibarət deyil, sizə baxırlar, izləyirlər, amma sizdən ibarət deyil. Digər teatrlar var. Teatr deyən kimi başlayırsınız tərifləməyə, bizdən yoxdu, bizə baxırlar. Teatr məsələsi ilə bağlı onu söyləyim ki, bir-iki həftə bundan öncə teatr mövzusu qoymuşdum, lakin teatrla bağlı efirə heç kim gəlmək istəmədi. Mən sözümü deyən jurnalistəm, mənim qarşımda dayana bilməzlər. Azərbaycan teatrları ilə bağlı məsələ müzakirə edirik, lakin bir kimsə gəlib iştirak etmir. Əlimizdə vatsap yazışmaları var, məhz Akademik Milli Dram Teatrının aktyorlarının yazışmaları var, biz onu efirə çıxartmaq istəmirik.

Mən bu məsələni 3 saatlıq müzakirəyə çıxaranda bir kimsə gəlib iştirak etmədi, nə Azərbaycan Teatrlar İttifaqının sədri, nə müavinləri, nə də katibləri gəlmədilər. Hər birinə ayrı-ayrılıqda yazdıq, zəng etdik, hər birinin telefon danışıqları var əlimizdə. Siz Məleykə Əsədovaya da yazdıq, siz gəlmədiniz. O vaxt gəlmək, danışmaq lazım idi, indi yox. İndi zəhmət olmasa özünüzdən danışın. Teatr deyən kimi başlayırsınız tərifləməyə, Azərpaşa Nemətovu tərifləməyə. Zatən Azərpaşa Nemətov gözəl rejissordu, mən bunu dəfələrlə demişəm, ayaq üstə alqışlamışam".
Jurnalist Könül Ayparanın yazısı: Xalq artisti Lider televiziyasının aparıcısıZabir Əliyevi cinsi azlıq və "aradüzəldən" adlandırdı.Məleykə Əsədova yazır: "Ay yazıq, musiqi, mahnı ifa eləmək mənim hobbimdir. Dəfələrlə tv-lərdə söyləmişəm! Zabir, sənin kimi səviyyəsiz, kanalda intervu verməklə özünü reklam etdin. Sənin kimi geylər efiri ləkələyir! Yuxarıda oturanlara "mamarozalıq" edib çerez qız düzəldirsən özünü. Onlara arxalanıb göylə getmə. Sənin axırın ola bilər hər an, hər saniyə, xəbərdarlıq!"
Xatırladaq ki, bir müddət əvvəl Zabir Əliyev televiziya kanallarının birində qonaq olarkən xalq artisti Məleykə Əsədovanın mahnı oxumasına rişxənd edərək demişdi: "Mən yenə deyirəm, bunu dəfələrlə demişəm: "Bilsəm ki, mən Məleykə Əsədova kimi oxuyuram ümumiyyətlə oxumaram"... Olanı deyirəm də".
Adətən bu yerdə müəllifin son sözünü oxuyursunuz. Bu dəfə son söz yerinə xalq artistinin işlətdiyi qeyri-etik kəlmələrə görə sizlərdən üzr istəməli oluram...”

 


 Daha sonra Məleykə Əsədova Aygün Kazımovanı təhqir edib: "Bu gün Xalq artisti Aygün Kazımova musiqi- şou aləmini meymun, klon sifətinə salıb. Əməkdar artist Məhəbbət Kazımovun vəfat etdiyi gündə ad günü keçirib hörmətsizlik eləyiblər".
 gündəmi zəbt edən xalq artisti Məleykə Əsədova ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov münasibətində maraqlı faktlar gözdən qaçmaya bilməzdi.
Aydın Bəşirov tərəfindən ev hədiyyə aldığı deyilən Məleykə Əsədovanın etirazında maraqlı təzad var:
"1988-ci ildə "Baksovet"də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pula almışam. Bir mənzildə ("uplotneniye") iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradici insan kimi o evi mənə verdilər. O evi də satıb, indiki evimi tikmişəm".
Açıqlamadan belə məlum olur ki, xalq artisti cəmi 36 kv metrlik evi sataraq hələ 90-cı illərin sonunda Fəhlə prospektində yerləşən möhtəşəm həyət evini tikdirib.

 Əntiqə Rəşid