adalet.az header logo
  • Bakı 19°C
08 Oktyabr 2021 11:34
780
DÜNYA
A- A+

ABŞ Türkiyəyə F-16 satacaqmı? - Milyardlıq bazarlıq təklifi 

Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 almaq üçün müraciət edib.

Türkiyənin Rusiyadan S-400 raketlərini alması ABŞ-la əlaqələrində gərginlik yaratmışdı.

Bəzi qaynaqların verdiyi məlumata görə sifarişin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir.

Qeyd edək ki, Türkiyə ötən illərdə yüzdən çox F-35 qırıcısı sifariş etmiş, amma ABŞ-ın qarşı çıxdığı Rus S-400 raketlərini almasından sonra bu proqramdan 2019-cu ildə çıxarılmışdı.

 

Eminquey