adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2021 14:33
1878
İDMAN
A- A+

FUTBOLUMUZDA DA YAŞMA VAR

Azərbaycan futbolunun YAŞMAsı (ifadə İradə Tuncaya  aiddir) «Qarabağ»ın «köhlən atları», klubun Xüsusi  Təyinatlıların  komandanı  Qurban Qurbanovun  sərkərdəliyi ilə bir tarix yazdı.  Və Cənubi Kiprin «Omoniya»sını  öz «bayraqdarları» Medvedevlə, Kadiylə, Şeydayevlə  bombardman elədi.

«Qarabağ», indən belə kimə uduzursan uduz, vecimə də deyil, əsas odur ki,  ermənilərin   əmisi  uşaqlarına  futbol dərsi verdiz.

«Qarabağ»ın komandanı, belə demək mümkünsə, futbolun   generalı  Qurban  Qurbanovu  və onun bütün  «köhlən atlarını» ürəkdən  təbrik edirəm.

Bu nəydi,əə! 4:1!