adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2021 13:28
1747
ANALİZ
A- A+

“Tanklarımız  Bakıya qədər gedəcək”- deyən sabiq müdafiə nazirinin və “Patron Davo” nun həzin sonu...

Bəli, bir zamanlar sadiq olduğu hakimiyyətin, siyasətin “s”indən anlamayan, küçədən bir başa yüksək vəzfəyə atılan baş nazir Nikol Paşinyanın  oyuncağı olmuş, ona xoş getmək üçün dəridən-qabıqdan çıxaraq yaltaqlanan  Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı yəqin ki, heç bir Azərbaycanlı unutmayıb. Sadiq olduğu Paşinyanın””Qarabağ Ermənistandır və nöqtə ” deməsindən ilhamlanan yaltaq müdafiə naziri "Azərbaycan həddini aşmasın, yeni müharibə barədə düşünməsin: yeni savaş Ermənistan üçün yeni ərazilər olacaq. Erməni tankları bir gün Bakıya qədər gedəcək " açıqlaması ilə "məşhurlaşdı.

 Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın hökümətə yaltaqlanması həbs ediləsinə əngəl ola bilmədi. Keçmiş nazir  böyük həcmdə pul vəsaitlərini mənimsəməkdə ittiham olunaraq yenidən saxlanılıb.


Adalet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Məlumata əsasən, Tonoyanla yanaşı silah alverçisi, ermənilərin “Patron Davo” dediyi  David Qalstyan da saxlanılıb.
Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.
Qeyd edək ki, dünən 2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olmuş David Tonoyanın evində axtarış aparılıb və bunun ardınca Tonoyan saxlanılıb

 

 P.S.Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı ələ salmışdı: “Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan iddia edirdi ki, erməni tankları bir gün Bakıya qədər gedəcək. Bəli, erməni tankları indi Bakıdakı Hərbi Qənimətlər Parkındadır”.

 Əntiqə Rəşid
 

Digər Xəbərlər