adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Sentyabr 2021 15:10
1552
DÜNYA
A- A+

Heç demə ABŞ-da erməni əsirləri varmış...

Ümumiyyətlə, son on illiklərdə ABŞ-ın prezident sarıdan bəxti gətirmir. Daha doğrusu desək, Klintondan sonra. Və baxıram ki, heç Amerikada «lüboy» adam, hətta Azərbaycanın bir nömrəli qaçqını Həsənqulu da prezident ola bilər. Bəlkə də Həsənqulu bu prezidentlərdən ağıllıdı.

Deməli ABŞ-ın prezidenti Co Bayden bəzən qarşısındakı başqa dövlətin başçısının adı yadından çıxır. Hətta, onun əlindən nüvə silahının düyməsi olan çantanı da alıblar. Bəzən də Mətbuat Konfransını yarımçıq tərk edir.

O gün də oxuyuram ki, Ermənistanın baş naziri Paşinyan deyib ki: «Erməni əsirlərini azad edəcəyik».

Yəni doğrudanmı Bayden ağlını bu qədər itirib ki və bilmir ki, ABŞ ermənilərdən əsir götürmür. Yox əgər ağlı başındadırsa və bilir ki, erməni əsgərlərini Azərbaycan əsgərləri götürüb. Onda o nəyin nəyidi ki, Azərbaycanın əsir götürdüyü terrorçuları azad eləsin.

Azərbaycandakı ABŞ səfirliyindən xahiş edirəm ki, bu yazıya görə məni məhkəməyə verməsinlər, uduzarlar və daha çox zibillərinin üstünü aça bilərəm.