SON DƏQİQƏ:

“Dünyagörüşlərində böyük fərqlər var” - MÜSAHİBƏ

  1388   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz Gəncə şəhər 13 saylı tam orta məktəbinin rus dili müəlliməsi Könül Vəliyevadır.

 

-Könül xanım, adətən rus sektorunda, bu dillə bağlı sahələrdə MİQ ballarının aşağı olmasını qeyd edirlər. Amma sizin balınız kifayət qədər yaxşıdır.

 

- Doğru vurğuladınız. Mən həmişə çalışıram ki, işlədiyim işin ən yaxşısını edim.

 

-Hazırkı dövrdə cəmiyyətimizdə rus dilinə nə qədər ehtiyac var?

 

- Hal-hazırda hansı sahədə işləməyimizdən asılı olmayaraq xarici dil (rus/ingilis) zəruridir.

 

-Bəzən sosial şəbəkələrdə rus dili ilə bağlı etirazlar oxuyurq. Ki, rus dilində tədris azaldılsın və ya rus dili ümumiyyətlə sıradan çıxarılsın. Bəlkə rus dili sahəsiylə bağlı olanların cəmiyyətdə qıcıq doğuran hərəkətləri də bunda rol oynaya bilərmi?

 

- Bu etirazların heç bir əsası yoxdur. Qanunvericiliyə də nəzər salsaq görərik ki, bu haqda maddə verilib. Yenə də hər kəsin fikrinə hörmətlə yanaşmalıyıq.

 

-İbtidai təhsili Moskvada almısınız. İndisə Azərbaycan məktəbində müəlliməsiniz. Oranın şagirdləriylə Gəncə şagirdləri arasında hansı fərqlər və ya oxşarlıqlar var?

 

- Moskva və Azərbaycanı müqayisə etdikdə böyük çatışmazlıqlar üzə çıxır. Bu çatışmazlıqlar istər valideynlərin dünyagörüşü olsun, istər məktəblərin maddi texniki bazası olsun, istər pedaqoji kadrların hazırlanmasında olsun hər sahədə var.

- Şagirdlərdə əvvəllər olduğu kimi bu dilin dərslərinə maraq var? Və ya maraq oyatmaq üçün nələr edirsiniz?

- Bəli, şagirdlərdə dil öyrənməyə həvəs var.Çalışıram ki, dərslərim darıxdırıcı keçməsin, əlimdə olan resurslarsdan istifadə edərək əyləncəli dərs qurmağa üstünlük verirəm.

 

-Rus dilini mükəmməl bilənlərə düzü bir qədər qibtə etmişəm. Sırf dahi şairlərin poeziyasını orjinaldan oxuya bildiklərinə görə. Heyf ki, bu həzdən məhrumam. Siz necə, bu dilin dərinliyini bilməyinizə görə bu zövqləri yaşayırsınız?

 

- Bəli, dil bilməyin üstünlüyü çoxdur. Rahatlıqla xarici mənbələrdən istifadə edə bilirəm.Istirahətə getdiyim zaman rahatlıqla fikrimi ifadə edə bilirəm.Ən əsası bu mükəmməllikdən istifadə edərək işimi keyfiyyətli qururam.

 

Söhbətləşdi: Emin Piri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK