SON DƏQİQƏ:

Rəşid Mahmudov: “Kişilərin ölüm səbəbi qadınların çox danışmasıdır”

  318   |  
Şriftin ölçüsü  

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. Belə ki, 2020-ci ildə ölənlərdən 33 567 nəfəri qadın, 42 081 isə kişilər təşkil edir.

Diqqətçəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisi ümumillikdə və bütün yaş qruplarında nisbətən kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.

Maraqldır, kişilər niyə qadınlardan tez ölür? Buna səbəb nədir? El arasında deyildiyi kimi, kişilər hər şeyi ürəklərinə saldıqlarına görə dünyadan tez köçürlər?

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov açıqlamasında kişilərin daha çox infarktdan öldüyünü söyləyib:

“Qadınlar infarkt keçirmirlər. Kişilər isə çox infarkt olurlar. Elə əsas məqam da budur. Kişilərin əksəriyyəti demək olar ki, infarktdan ölür. İnfarkt üstünlük təşkil edir”.

Həkimin sözlərinə görə, kişilərin niyə erkən öldüyünü arvadlar daha yaxşı bilərlər:

“Qadınlar həddən artıq çox danışırlar. Kişilərə bundan artıq nə olar ki? Heç nə! Kişilərin də ürəyi partlayır, ölürlər. Bunu arvadlar daha yaxşı bilər ki, kişilərini niyə tez öldürürlər”.

Yenisabah.az

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK