adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Sentyabr 2021 17:06
1490
HADİSƏ
A- A+

Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb.

Bu barədə Adalet.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

15:25

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Bu barədə  Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.