SON DƏQİQƏ:

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

  351   |  
Şriftin ölçüsü  

Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.

Adalet.az modern.az-a istinadla xəbər verir ki, uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində "Bərdəli Ruslan" kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib.

Onun həyat yoldaşı "Kristal" qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.

Qeyd edək ki, "Bərdəli Ruslan" 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.

Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmin tanınmış simalarındadır.

Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK