SON DƏQİQƏ:

Erməni tarixçi soydaşlarını qəzəbləndirdi:" Heç utanırsınız? İlan-qurbağaya oxşayan..."

  1042   |  
Şriftin ölçüsü  

 Erməni olub “erməniçilik” xəstəliyinə tutulmayan çox az erməni var ki, onlardan biri də  ukraynalı tarixçisi-tədqiqatçı Filipp Ekozyansdır. Filipp Ekozyans vaxtaşırı yaydığı videoçarxlarda  Ermənistan "alimlərinə” eyni zamanda həmyerlilərinə müraciət edir,  onların yaratdığı, mifləri, uydurmaları, xüsusən quraşdırma “qədim erməni tarixi”ni  rədd edir,  bacarıqla, faktlar əsasında sübut edir ki,  tarixlərinə dünyanın və dünya alimlərinin gözü ilə baxsınlar.


Ekozyans hətta dəfələrlə (44 günlük müharibədən əvvəl) Azərbaycan mediasına müsahibə verərək bəyan edib ki, Dağlıq Qarabağ həm de-yure, həm de-fakto, həm də tarixən Azərbaycan ərazisidir.

 Adalet.az xəbər verir ki, tarixçisi-tədqiqatçı Filipp Ekozyans sosial şəbəkə səhifəsində növbəti dəfə  bütün erməni tarixçilərinə müraciət ünvanlayıb*“Erməni tarixini bilən, araşdıran peşəkarlar, siz hardasız? Heç biriniz son illərdə internetdə görünmürsünüz. Bəlkə kimsə bunu hiss etmir, amma mən bu tendensiyanın fərqindəyəm. Siz sabit olaraq səssizlik taktikası seçmisiz. İndi sizin əsl gizlənməli olduğunuz vaxt gəlib çıxıb – çünki ortalığa həqiqət gəlib!
Sizə bəzi suallarım var: Nədən tarixi sənədləri erməni xalqından illərdir gizlədirsiz? Ermənistanın “qədim” tarixini puç edə biləcək faktları nə vaxta qədər ictimayətdən saxlamaq niyyətiniz var?
Siz ermənilərin cəmi 300 il bundan əvvəl hansı adla tanındıqlarını barədə susursunuz, halbuki bu, artıq heç kimə sirr deyil. Erməni əlifbasının yaradıcısı İohan Zlatoust haqqında niyə susursunuz? Artıq onun haqqında bütün dünya bilir.
Siz dissertasiyalarınızda səxavətlə yazdığınız uydurma soyqırımlar barədə bir dənə də olsun tarixi sübutun olmaması barədə susursunuz.
Siz "qədim" erməni əlyazmalarının müstəqil ekspertlərlə bir dəfə də olsun eyni məkanda olmamasından danışmırsınız.
Siz Moisey Xorenskinin orijinal əlyazmalarının harada gizlənildiyi barədə susursunuz.
Yunan dilindən erməni dilinə tərçümə olunmuş yüzlərlə tarixi “sübütlarınız” olduğu halda, nədən bir dənə də olsun tarixi yunan-erməni lüğətinin olmadığını demirsiniz?
Bəs minlərlə “qədim” erməni memarlarının və inşaatçılarının təhsil aldıqları məktəb və institutların hara yoxa çıxdığını deyə bilmirsiz? Bu memarların Xəzərdən başlayaraq Aralıq dənizinə qədər uzanan ərazilərdə bir dənə də olsun əl işlərinin qırıntısının belə olmaması barədə susursuz.
Siz tarixi atanız hesab etdiyiniz İsrail Orinin sizlər haqqında yazdıqları barədə danışmağa utanırsınız. Amma artıq 2 ildir ki, şəxsən mən özüm bu yazıları sizin üçün yaxşı tanış olan rus dilinə tərcümə etmişəm.
Hansısa möcüzə ilə iki aya qədim erməni dilini “öyrənmiş”, amma əslində sadəcə "üç dərsə" bu dili öyrənməyə cəhd göstərmiş Bayron. Deyirsiz ki, guya bu adam qədim erməni lüğətinin banisidir... Heç utanırsız?
Siz hətta susduğunuz barədə susursuz!”, - deyə tədqiqatçı qeyd edib.
 Qeyd edək ki, məşhur tarixçisi, əvvəl ki paylaşımlarında  Lord Corc Bayronun “erməni” uydurmasını darmadağın etmişdi.
Ekozyans yaydığı videosüjetdə dünya şöhrətli britaniyalı lordun “erməni dili” qrammatikasının müəllifi olmadığı, həmçinin bu dili normal öyrənə bilmədiyi barədə sübutlar və foto-faktlar gətirmişdi. Guya həmin lord “qədim erməni mədəniyyəti”nin vurğunu olub və guya erməni dilini mükəmməl öyrənərək, hətta bunların qrammatikalarının müəllifi də olubmuş. Qeyd edək ki, Bayron haqqında Vikipediyada da bu saxta məlumat yer alıb.
Tədqiqatçı həmin məlumatı da alt-üst etmişdi: “Əslində o, cəmi 3 ay erməni dilini öyrənməyə cəhd edib və həmin vaxtlar yazdığı məktublarda bu işin onda heç də yaxşı alınmadığını qeyd edib.Bayronun Tomas Mura yazdığı məktubdan (5 dekabr 1816-cı il):“Mən erməni dilini əyləncə kimi oyrənmək istəyirdim...”
Lord üçün erməni dili çox çətin gəlirdi. Bayronun Con Hobhauza məktubundan (19 dekabr 1816):
“Bu müddət ərzində mən otuz səkkiz ilan-qurbağaya oxşayan erməni hərfindən 30-u ilə tanış oldum və bir hecadan ibarət bir neçə söz öyrəndim”.-deyə bildirmişdi.


 Əntiqə Rəşid
.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK