adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
11 Sentyabr 2021 17:23
710
DÜNYA
A- A+

“Rusiya qazdan geosiyasi silah kimi istifadə edir”

Bu fikirlərin müəllifi, Ukrayna “Naftoqaz”ın rəhbəri Juri Vitrenkodur. “Avropa bu qışı necə keçirəcək? Belə ki, Nord Stream 2 AG avropa qanunvericiliyinin normalarına riayyət etmir, qaz ehtiyatları tarixin ən minimum həddinə düşüb və Rusiya Almaniyanı şantaj edir. Almaniya nəhayət  öz üzərində anlayacaq ki,  qazdan geosiyasi silah kimi necə istifadə edirlər”- deyə Vitrenko YES Braintorming forumundakı çıxışında bildirib.

Nord Stream 2 AG qaz kəmərinin tikintisini 2021-ci ilin sonunadək istifadəyə verməyi planlaşdırır. Blumberq agentliyi mənbələrinə əsasən bildirir ki, “Qazprom” bu kəmərlə “mavi qazın” ötürülməsinə 1 oktyabrda başlamaq fikirindədir. 

ABŞ Avropa İttifaqı ölkələrinə  qaz ötürülməsi üçün tikilən “Şimal axını- 2” qaz kəməri layihəsinin əleyhinədir. Həmçinin bu layihənin əleyhinə Ukrayna və bir çox avropa dövllətləri də etiraz edir. Birləşmiş Ştatlar 2019-cu ilin dekabrında bununla bağlı bir sıra sanksiyalar  tədbiq edib. Bu sanksiyalar kəmərin tikintisini bir il dayandırıb. Yayda Almaniya və ABŞ avropada enerji təhlükəsizliyinin qorunması məqsədilə birgə bəyənatla çıxış edib. Bu bəyənatda “Şimal axını-2” layihəsinin işlənməsi üçün bir sıra şərtlər irəli sürülüb.

Tərəflər bəyan ediblər ki, Ukrayna və Avropanın maraqlarının qorunması məqsədilə, qaz tranziti 2024-ciildən sonra Ukrayna üzərindən həyata keçirilsin. Rusiya XİN-i bildirib ki, Moskva Ukrayna üzərindən tranzitin əleyhinə deyil, lakin bu alacağımız sifarişin miqdarından da asılıdır.

Rusiya tərəfi ümumiyyətlə “Şimal axını-2” layihəsindən siyasi məqsədlər üçün istifadə edilməsinin əleyhinədir. “Bu kommersiya layihəsidir, o, həm Rusiya, həm də Avropa üçün sərfəlidir”.

Umumiyyərlə özlərinihegemon dövlətlər hesab edən ölkələri başa düşmək olmur. İstər ABŞ, istər Rusiyanın özü, istərsə də digər aparıcı dövlətlər, özlərinin dəfələrlə kommersiya, qeyri- kommersiya vasitələrindən siyasi məqsədlərlə istifadə etdiklərinin fərqində deyillər. Amma nədənsə həmişə bir- birilərini  bu normaları pozmaqda günahlandırırlar.  Necə deyərlər, “öz gözlərində tiri görmürlər, başqasının gözündə çöp axtarırlar”.  

 

Rüstəm Hacıyev