adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
09 Avqust 2021 15:51
35403
İDMAN
A- A+

“Barselona”da daha bir ciddi itki

“Barselona”nın argentinalı yeni transferi Serxio Aqueronun zədəsi ciddidir və hücumçu təxminən 10 həftəyə yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Adalet.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, “Mançester Siti”nin keçmiş futbolçusu ötən mövsüm zədə səbəbindən İngiltərə Premyer Liqasında cəmi 12 oyuna çıxa bilib.

Serxio Aquero bu ilin 31 may tarixində Kataloniya klubu ilə iki illik müqaviləyə imza atıb.

Xatırladaq ki, bir neçə gün öncə komandanın əfsanəvi oyunçusu Leonel Messi “Barcelona” ilə yollarını ayırıb.