SON DƏQİQƏ:

Yunus Emre İnstitutu AzTU-da türk dilinin tədrisini həyata keçirəcək

  13575   |  
Şriftin ölçüsü  

Azərbaycan  Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Emre İnstitutu arasında türk dilinin tədrisi ilə bağlı protokol imzalanıb. Protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şeref Ateş imzalayıb.

Türkiyə universitetləri, o cümlədən Qazi Universiteti ilə imzalanan ikili diplom haqqında müqavilələrin yerinə yetirilməsi üçün Yunus Emre İnstitutu AzTU-nun müxtəlif fakültə və ixtisaslarında türk dilinin tədrisini həyata keçirəcək.

Yunus Emre İnstitutu tərəfindən ilkin olaraq türk dili öyrənəcək tələbələrin səviyyələrinin müəyyənləşdirilməsi üçün Səviyyə Müəyyənləşdirmə İmtahanı (SBS) təşkil ediləcək. Dərslərin sonunda türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran Türkcə Yetərlik İmtahanlarının (TYS) keçirilməsi və imtahanda müvəffəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi də nəzərdə tutulub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK