adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 13:13
42637
İDMAN
A- A+

BİZDƏ FUTBOLU DAĞIN BAŞINA QALDIRMIŞDI, İNDİ DƏ GEDİR UKRAYNANI ABIRA SALMAĞA 

Qəzetələrdə oxudum ki, millimizin  baş məşqçisi Canni De Byazi  Ukrayna yığmasına baş məşqçi gedə bilər.

De Byazi sağ olsun, Azərbaycan millisini Braziliya səviyyəsinə qaldırdı qoydu  dağın başına, indi də   gedir Ukraynanı  abıra salmağa.

Bir  Foqts  vardı, gəldi  5 il  Azərbaycan  futbolunun  içinə oturdu. Hər il də bunun piarşikləri mətbuatda yazırdılar ki, Braziliya ölür  Foqtsu  aparmaq üçün, İngiltərə  diz  çöküb yalvarır, İtaliyanın baş naziri  elçi  düşüb ki, gəl bizim  milliyə və sair və ilaxır. Axırda da bir minnətlə, həm də şantajla qalırdı Azərbaycanda.

İndi də De Byazi deyəsən,  həmin yolu tutub.

And olsun Həzrət Abbasın qələm olmuş qollarına, De Byaziyə «Sabah» komandası da yiyə durmaz, qaldı  futbol ölkəsi Ukrayna.