adalet.az header logo
  • Bakı 7°C
30 Iyul 2021 11:06
61289
HADİSƏ
A- A+

Gözünün qarşısında evi yanan model İFLİC KEÇİRDİ

Türkiyədə baş verən kütləvi meşə yanğınları nəticəsində ölüm sayı 4-ə yüksəlib. Antalyada baş verən yanğında zərərçəkənlər arasında türkiyəli model Tuğba Özay da var.


Adalet.az  xəbər verir ki, dünən yanğın başlayandan bəri model sosial şəbəkələrdə video paylaşaraq yardım istəyib. Manavqatdakı fermasına yola düşən Tuğba canlı yayım açıb və hönkür-hönkür ağlayıb.
Bu gün isə məlum olub ki, ulduz iflic olub. Baş verənlərdən təsirlənən model evlərinin və fermalarının tamamilə yanıb kül olduğunu deyib.


“Dünəndən bəri yalvarıram, dəstək istəyirəm. Hər yer yandı, qollarım, ayaqlarım işləmir”, - o, paylaşımında bildirib

 Qeyd edək ki, modelin Antalyadakı möhtəşəm villası və zeytun bağı Türkiyə mediasının dəfələrlə obyektinə tuş gəlib.
 

 Əntiqə Rəşid