SON DƏQİQƏ:

 Məhkəməyə verilən özəl klinikanın rəhbəri kimdir?

  36291   |  
Şriftin ölçüsü  

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi  özəl tibb ocağı olan “Leyla Şıxlinskaya “klinikasının  22 illik  rəhbəri Leyla Şıxlinskayanı məhkəməyə verib.
Adalet.az xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.
 

 Kimdir Leyla Şıxlinskaya?

 

 

Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990—1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri, "biznes-woman"dır.


Leyla Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada  anadan olub.  Əvvəl balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Çeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.
Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir  və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.


1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, daha sonra isə xalq artisti fəxri adına layiq görülmüşdür. Özü mediaya açıqlamasında  4 dəfə ailə həyatı qurduğunu söyləmişdi.


Sonuncu həyat  yoldaşının adı Andrey Loqinov olub.  Leyla xanımın Ceyla və
Filipp adlı iki övladı var.

 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK