SON DƏQİQƏ:

OQTAY ŞİRƏLİYEV  HEÇ BİR VƏZİFƏYƏ TƏYİN OLUNMAYIB 

  19820   |  
Şriftin ölçüsü  

Bütün saytlar və KİV-lər yayır ki, keçmiş səhiyyə naziri və səhiyyəmizi bu günə qoyan Oqtay Şirəliyev yeni  vəzifəyə  təyin edildi. Və heç kim də bunu araşdırmır, şok xəbər kimi  yayır.

Dövlət məmurları vəzifədə olarkən hamı özü  üçün eyni zamanda ikinci bir vəzifə yaradır, xüsusilə də hansısa xəstəxanalarda  baş həkim və ya hansısa  universitetlərdə kafedra müdiri və ya hansısa elmi-tədqiqat  institutlarında  əvəzetmə ilə direktor və sair və ilaxır.

İşdən  çıxarılanda gedirlər həmin özləri  üçün yaratdıqları  vəzifələrə.

Onlarla  misal çəkə bilərəm, amma nəyə lazım ey?

Oqtay Şirəliyevin direktor  təyin edildiyi həmin Diaqnostika Mərkəzini özü tikdirmişdi və hamı da bilirdi ki, bu kimindi.  Yerinə də kimisə  icraçı  direktor  qoymuşdu.  Və biləsiniz ki, bu Azərbaycanda ən bahalı  Diaqnostika  Mərkəzi idi. Və   indi Oqtay müəllim (müəllim dediyimə görə üzr istəyirəm, Oqtay doktor) özünün  tikdirdiyi mərkəzə qayıdıb və burda nə təyinat var, nə də qeyri-adi bir hadisə.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK