adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Iyul 2021 15:19
18387
MƏMLƏKƏT
A- A+

Yeni ailə quranlara vaksinasiya olunmaq tövsiyə edilir - TƏBİB rəsmisi

Bu vaxta qədər aparılan vaksinasiya zamanı heç bir ciddi əks-təsir müşahidə olunmayıb.

Adalet.az xəbər verir ki, bunu TƏBİB-in departament müdiri Yaqut Qarayeva Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir vaksinin, dərman preparatının əks-təsiri ola bilər. Lakin ciddi bir hal yaşanmayıb. Y.Qarayeva yeni ailə quranların vaksinasiyası barədə də danışıb: "Yeni ailə quranlara vaksinasiya olunmaq tövsiyə edilir. Yaxşı olardı ki, ailə qurmamışdan, uşaq planlamasından öncə peyvənd vurdurulsun. Çünki hamiləlik vaxtı virusa yoluxma müəyyən çətinliklərə səbəb ola, uşaqğın inkişafına təsir edə bilər".