adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Iyul 2021 14:58
21786
GÜNDƏM
A- A+

BƏS, BİZ KOROĞLUYDUQ, BABƏKDİK?

Deməli, türk babalarımız öz qılıncları ilə dünyanın yarısını tutmuşdular. O vaxt hələ Amerika  kəşf olunmamışdı, yoxsa Amerikaya da qılınclarını  sancardılar.

Hərçənd ki, alimlərin  fikrincə, Amerikanı da ilk dəfə Sibirdən (bizim eradan 4000 il əvvəl, bəzi mənbələrdə 10000 il əvvəl) Berinq  boğazından  keçərək Amerikanı  yenə  bizim babalarımız fəth edib.

Amma türk xalqlarının  içində qılınc oynatmaya görə bu günədək nə bir dünya, nə də bir Olimpiya  çempionu var.  Çempionlar bizim babaların qılıncının  qabağında zar-zar əsənlərin nəslidi.

Yenə də az qala 1 kilometrə ox atan  babalarımız, quşu gözündən  vuran babalarımız öz oxçuları ilə  dünyaya meydan  oxuyurdu. Amma bu gün oxatma üzrə nə bir dünya  çempionumuz, nə də bir  Olimpiya  çempionumuz var.

Ən böyük faciənin  biri də bilirsiniz nədi? Azərbaycanın təxminən dənizlə 600 km.-dən artıq, Türkiyənin isə dənizlə təxminən 4.500 km. sərhədi var. Eləcə də Türkmənistanın və Qazaxıstanın dənizlə bir 800 km. sərhədi var, amma bugünədək  üzgüçülük  və avarçəkmə üzrə nə bir  dünya çempionumuz, nə də bir Olimpiya  çempionumuz var.

Kolumb birinci türk  sultanının yanına gəlib, deyib mənə kömək elə, sənə  yeni bir  dünya bəxş edim. Başı 200-dən çox arvadına qarışmış türk sültanı da deyib ki, ə, rədd ol burdan, get öz işinlə  məşğul ol. O də rədd olub.

Belə-belə işlər, dostlar.