SON DƏQİQƏ:

Belə toy olar?

  17688   |  
Şriftin ölçüsü  

İyulun əvvəllərindən Operativ Qərargahın toylara və şənliklərə icazə verməsi sözün düzü, hamını, eləcə də məni çox sevindirdi. Necə də sevindirməsin?! Bir ildən çox idi ki, ölkəmizdə toy mərasimi keçirilmirdi. Nə qədər oğlan və qız nişanlı olaraq bu toyların başlanmasını gözləyirdi. Hətta səbirləri çatmayanlar nişanlarını geri qaytardılar. Görünən odur ki, artıq iyulun əvvəllərindən toylar başlayıb.

Toylar başlayıb, amma bunun bir əmmaməsi var. Bir də görürsən ki, toyun qızğın yerində nəzarət edən qurumların nümayəndələri gəldilər və yapışdılar şadlıq sarayının rəhbərinin və toy sahibinin yaxasından. Bax, onda toya bir qan qaraçılıq düşür ki, gəl görəsən. Həm şadlıq sarayının müdiriyyəti, həm də toy sahibi peşman olur ki, niyə toy elədim?!

Hər gün şadlıq saraylarında elə qan qaraldıcı hadisələr baş verir, ya restoranın müdirini cərimə edirlər, ya da toya gələnlərə Covid pasportu olmadığına görə cərimə protokolu yazırlar, ya da toy sahibini yaxalayırlar. Bilmirsən toyda sevinəsən, yoxsa kədərlənəsən. Toy elə bir mərasimdir ki, burda hamı təbrikə gəlib. Tay kimsə  gəlməyib ki, cərimə olunsun, yaxud da qanı qaralsın. Ona görə də toylara nəzarət edən qurumların nümayəndələri toy sahiblərini yeri gəldi, gəlmədi incitməməli, onların yeyib-içdiyini burunlarından tökməməlidilər.

Çox qəribədir, bəzi vəzifəli sahiblər fəxr edir ki, filankəsin toyunda bu qədər adamı cərimə elədilər və bu qədər adamların əsəbləri ilə oynadılar. Cənablar, qoyun camaat toyunu eləsin. Necə olur varlı adamların elədiyi toya nəzarətedici orqanlardan bir adam yaxın düşə bilmir, amma ortababların, kasıbların toylarına müdaxilə edir, onların kefinə soğan doğrayırlar. Bax, bu çox böyük ədalətsizlikdir.

İcazə verin, camaat avqustun 10-a qədər öz toyunu eləsin. Heç kimin qanını qaraltmayın. Qanun hamı üçündür. Ona görə də qanundan kənara çıxmaq, kimlərisə incitmək heç də yaxşı iş deyil.

Emil FAİQOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK