SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: Artıq dünya bilir ki, Qarabağ Azərbaycandır

  20558   |  
Şriftin ölçüsü  

Son günlərin siyasi proseslərini nəzərdən keçirəndə diqqəti daha çox cəlb edən ATƏT-in Minsk qrupunun həmsədrləri siyasi oyunların, əslində bu, oyundan daha çox siyasi təxribat sayıla bilər. Belə ki, 44 günlük Böyük Vətən müharibəmizin zəfərlə başa çatması problemi 30 il «süründürən», hətta bəzi hallarda onu nümayişkaranə şəkildə dondurmağa daha çox meyl göstərən ATƏT-in Minsk qrupu  əlindən çıxmış siyasi oyunbazlığın geri qaytarılmasına cəhd göstərir. Adama elə gəlir ki, bu qurum az qala Ermənistanı yenidən işğala sövq etmək üçün özü təxribatlar törətmək istəyir.

Bax, bu mənada Minsk qrupu həmsədrlərinin, xüsusilə Fransanın tutduğu mövqe, Amerikanın loallığı və Rusiyanın da ikibaşlı addımları dediyimizi, şübhələrimizi bir daha təsdiq edir. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdəki diplomatik korpus numayəndələrinin, səfirlərin Şuşaya təşkil olunan səfərində məhz bu üç ölkənin - yəni Minsk qrupu həmsədrləri ölkələrinin səfirlərinin iştirak etməməsi buna əyani sübutdur. Doğrudur, həmin ölkələrin səfirləri üzrxahlıq xatirinə müxtəlif bəhanələr dilə gətirsələr də, onların bəhanələri daha çox təəssüf və təəccüb doğurur. Ən azından ona görə ki, «daha vacib» tədbirləri olduğunu vurğulayan həmin sədrlər səfərə özləri qatılmasa da, yəni getməsə də nümayəndələrini göndərə bilərdilər. Deməli, söhbət Ermənistan qarşısında bu ölkələrin öz üzərilərinə götürdükləri öhdəlikldən gedir. Yəqin ki, həmin öhdəlik də problemi dondurmaq, işğalçılara Azərbaycan torpaqlarını talamağa şərait yaratmaq, burada silah və narkotik ticarətinə dəstək verməkdir. Başqa bir formada, bu səfərə qatılmamanın səbəbini düşünmək mümkün deyil.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin aralıq konfransında videoformatda çıxış etməsi, təkcə regionumuzda deyil, eləcə də hərəkət iştirakçılarının təmsil olunduğu  ölkələrdə də mövcud vəziyyət, reallıqlara qiymət verməsi, həmçinin bu gün tüğyan edən pandemiya ilə bağlı bir daha kəskin mövqeyi ortaya qoyması göstərir ki, hələ də dünyada ikili standartlar öz işini görməkdədir. Belə olmasaydı, ölkə prezidenti cənab İlham Əliyev həmin videoformatdakı çıxışında vurğulamışdır ki, «Mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində karonavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdim. Ümumilikdə, həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardlımı edir. Bununlda yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri  üçün nəzərdə tutulub».  Bu fikirlərin ardınca dünyada baş verən, yəni həmin ikili standartlardan qaynaqlanan məsələyə toxunaraq Azərbaycan Prezidenti vurğulayıb ki, «Qlobal səhiyyə böhranı fonunda «Peyvənd millətçiliyi» narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən, bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur».

Zənnimcə, ikili standartların, böyük güclərin yeritdiyi siyasətin ən yaxşı mənzərəsi, ən dəqiq və kəskin ifadəsi göstərdiyimiz iktibas, yəni Azərbaycan Prezidentinin çıxışında özünü ortaya qoyur.  Bu da o deməkdir ki, həqiqətən təkcə Azərbaycan-Ermənistan münasibətlərinin həllində Dağlıq Qarabağ məsələsinin çözümündə deyil, bütün digər qlobal məsələlərin, problemlərin çözümündə də öz maraqlarından çıxış edərək məsələyə ikili standartların prizmasından baxırlar.

Bu gün Ermənistan və Azərbaycan arasında başa çatmış müharibənin yeni müstəviyə, yəni, qonşuluq müstəvisinə gətirmək əvəzinə, ATƏT-in Minsk qrupu həmin problemin yenidən, guya ermənilərin tapdalanmış hüquqlarının beynəlxalq hüquq əsasında çözümü adı altında ortaya atmaq bu qurumun gerçək mahiyyətini ortaya çıxarır. Deməli, indiki vəziyyətdə Azərbaycan Prezidentinin «Mən sizi dəvət etməmişəm!» və «Dağlıq Qarabağ problemi artıq bitdi, biz onu dəmir yumruqla tarixin arxivinə atdıq, yoxdur daha belə bir problem!»  söyləyəndən sonra da Minsk qrupunun bölgəyə səfərlər etməsi, bəyanatlar verməsi çox gülünc görünür. Hətta sabiq xarici işlər nazirimiz cənab Tofiq Zülfüqarovun da dediyi kimi, bu gün  ATƏT-in Minsk qrupuna Azərbaycanın heç bir ehtiyacı yoxdur. Bu qurum ömrünü başa vurubdur.

Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin aralıq konfransında Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ölkə prezidenti, ali baş komandan cənab İlham Əliyev vurğulayıb ki, «44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi siyasi yollarla özünün ərazi bütövlüyünüi və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu».
Zənnimcə, söylənilən bu konkret fikir də ATƏT-in Minsk qrupu həmsədrləri üçün bir mesajldı. Amma təəssüf ki, həmin ikili standartlardan çıxış edən maraqlı dairələrin açıq və dolayı yolla göstərdiyi dəstəklərdən  yararlanan Ermənistan tərəfi, xüsusilə onun bu gün Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə sığınıb qalmış silahlı qruplaşmaları yenə də təxribatlar törətməyə, atəşkəsi pozmağa cəhd edirlər. Gah Kəlbəcər, Tovuz, Qazax istiqamətlərində, gah da Şuşa ətrafında ermənilər müxtəlif çaplı silahlarla mövqeləri atəşə tuturlar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan ordusu 44 günlük müharibədə erməni ordusunu darmadağın etdiyi kimi, həmin qruplaşmaları da tərk-silah etməyə qadir olduğunu hər an sübut edə bilər. Bunun üçün Azərbaycan əsgəri bütün imkanlara malikdi. Lakin imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan  tərəfi hələ ki, Ermənistan rəhbərliyinin dürüst qərar qəbul edəcəyinə, gerçəkliklə barışacağına və sülh müqaviləsinin hazırlanmasına doğru addım atacağına ümid bəsləyir.

Bəli, Ermənistanın bir dövlət olaraq bugünkü durumu Paşinyan hakimiyyətinin ölkədəki mövqeyi, həmçinin bu ölkəyə kənardan verilən dəstəklər və bu ölkənin kənardan daha çox yönəldilməsi göstərir ki, günümüzün Ermənistanı xarici güclərdən asılı vəziyyətdədir. Ona görə də hansı qərarı qəbul edəcəyini tərəddüd edir. Bu da azərbaycan əsgərini daha sayıq olmağa və Ali Baş Komandanın əmri ilə lazımi anda ölkəmiz ərazisində sülhməramlılara sığınıb qalmış erməni tör-töküntülərini də məhv etməyə hazır olmalıdır. Çünki bütün dünya bilir ki, Qarabağ Azərbaycandır!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK