23 manata fındıq olar ???
Bayram qabağı Bakının bütün bazarlarında və marketlərində demək olar ki qoz , fındıq, badam, fısdıq ləpələrinin qiyməti kəllə- çarxa qalxıb. Ümumiyyətlə, bütün çərəzlərdə qiymət artımı var.
Amma fındıq ləpəsinin qiyməti lap fantastikdir. Hələ bu yaşa çatmışam fındığın indiki kimə baha- yəni kiloqramı 22-23 manata görməmişəm.Dəfələrlə diqqət eləmişəm; nə bazarlarda, nə də marketlərdə əksər insanlar ona baxıb gedir və almırlar. Çünki onun qiyməti əl yandırır.
Tək- tük adam tapılar ki, baha qiymətə olan fındıqdan alsın.Bəs fındığın belə baha qiymətə satılmasına səbəb nədir? Təbii ki, bu suala birmənalı cavab vermək çətindir.Ekspert Kamil Əliyev deyir ki, ötən il ölkəmizdə fındıqçılıq sahəsində böhran yaşanıb, daha doğrusu, məhsuldarlıq yaxşı olmayıb.
Belə ki, havaların əlverişsiz keçməsi, fındıq ağaclarının xəstəliyə yoluxması məhsuldarlığa mənfi təsir edib!Bununla yanaşı, xaricdən ölkəmizə bu məhsul o qədər də yetərincə ixrac olunmayıb. Eyni zamanda qiymətlərin süni surətdə artırılması da heç kimə sirr deyil.Bax bütün sadaladığımız səbəblər qiymət artımına səbəb olub. Bir sözlə, pulun varsa , fındıq al, pulun yoxsa , baxa- baxa qal və mənim kimi kənara çəkil. Guya fındıq yeməsək dünya dağılacaq???
Emil FAİQOĞLU
Digər Xəbərlər
12 Mart 2026 13:31
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - 600 manatadək....
12 Mart 2026 13:20
Quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək
12 Mart 2026 12:34
Sabah hava necə olacaq?
11 Mart 2026 13:52


Bakı -°C

