adalet.az header logo
  • Bakı -°C
12 Mart 2026 14:39
74
DÜNYA
A- A+

Paşinyan: Kilsə Azərbaycanla müharibəni qızışdırmağa çalışır

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib.

Adalet.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə bu gün keçirilən brifinqdə bildirib.

"Bu yaxınlarda liturgiyada iştirak edərkən "Artsax Respublikası"nın deyildiyini eşitdim. Bu nə deməkdir? Bu, yalnız və yalnız müharibəyə çağırış deməkdir. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) və digər din xadimləri müharibə partiyasının rəhbərləri rolunu öz üzərinə götürüblər", - o qeyd edib.

Paşinyanın sözlərinə görə, ölkənin baş naziri Qarabağ hərəkatının dayandırıldığını bəyan edəndə, "heç kim onu davam etdirə bilməz": "Ölkədə bir neçə xarici siyasət istiqaməti ola bilməz", - o qeyd edib.

Baş nazir əlavə edib ki, törədilmiş təxribata görə muzey-institutun (qondarma erməni soyqırımına həsr olunmuş - red.) direktoru Edita Qzoyandan istefa verməsini xahiş edib, çünki o, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralın 10-da Ermənistana səfəri zamanı ona Qarabağ məsələsinə dair kitab hədiyyə edib.

"Mən bunu Ermənistanın xarici siyasəti ilə ziddiyyət təşkil edən bir hərəkət hesab etdim, təxribat kimi qiymətləndirdim və işdən çıxmaq barədə ərizə yazmasını xahiş etdim", - o vurğulayıb.