SON DƏQİQƏ:

Meksika səfiri “Azərsun Holdinq”in sədri ilə görüşüb

  13308   |  
Şriftin ölçüsü  

Ticari əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Meksika səfiri Rodriqo Labardini “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl ilə görüşüb.

Səfir Labardini Meksika ilə Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin ümumi panoramı, onun inkişaf mərhələləri və gələcək perspektivlərini təqdim etdi. Bu xüsusda, pandemiya şəraitinə rəğmən ixrac-idxal sahəsində əldə olunan müsbət dinamıkanı önə çəkdi. Meksikanın kənd təsərrüfatı, yeyinti və sənaye sektorlarının potensialından xəbər verərək, ölkənin 2020-ci ildə 720.8 milyard dollara çatan xarici ticarətinə dair vacib statistik məlumatları qeyd etdi. Azərbaycan ilə ikitərəfli ticarətə gəldikdə, hər iki ölkənin bazarlarında təqdim olunan əsas elementləri vurğuladı: neft-qaz sektoru üçün alətlər, kənd təsərrüfatı və yeyinti məhsulları, nəqliyyat vasitələri, elektron avadanlıq və s. Diplomat qeyd etdi ki, ikiərəfli ticarət 2019-cu ildə rekord göstəriciyə çataraq, 52.4 milyon dollar təşkil etmişdir. Əlavə olaraq bildirdi ki, pandemiya ucbatından Azərbaycan ilə ticarətin yalnız 4%-dək enməsi əlaqələrin dayanıqlığını və qarşılıqlı marağı göstərir.

Abdolbari Gözəl ətraflı məlumata görə təşəkkür etdi və Meksikada istehsal olunan yeyinti məhsullar haqqında vizual materialla tanış oldu.

Tərəflər ticari əlaqələrin möhkəmlənməsi perspektivləri barədə fikir mübadiləsi apardılar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK