SON DƏQİQƏ:

Əli Nağıyev Pakistanlı generalla görüşüb

  30986   |  
Şriftin ölçüsü  

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.

Adalet.az DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat verib, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib.

Qeyd olunub ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələr arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulmuş, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter alıb.

44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd edib.

Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK