adalet.az header logo
  • Bakı 18°C
14 Iyun 2021 12:29
33259
MƏMLƏKƏT
A- A+

Sözün bitdiyi yer - Elyar islamoğlu yazır

Şəhid olan hərbiçilərin yas mərasimi və ehsanı üçün yardım (ərzaq, qida, pul) ayrılıbmış. Hər bir şəhidin xidmət etdiyi hərbi hissəsinin komandanlığı tərəfindən yas mərasimi keçirilən zaman ailəyə göndərilməliymiş. Kağız üzərində təhvilə qol çəkilsə də, dəfndən 8-9 ay müddət keçməsinə baxmayaraq bir çox şəhid ailələrinə ehsan üçün ayrılan həmin yardımlar çatdırılmayıb.

Şəhid ailələriylə kiçik bir sorğu apardım.

Ümumiyyətlə şəhid ailələrinin əksəriyyəti belə bir yardımın verilməsindən xəbərsizdir. Ona görə də həmin yardımların mənimsənilməsinə şərait yaranıb.

Əvvəllər Toğanada, indisə Kəlbəcərdə olan, fermer Xəqani Cəbrayılovun komandiri olduğu korpusun hərbi hissələrinin şəhidləri üçün ayrılan yardımlar isə "maşın çatışmazlığı" bəhanəsilə indiyədək göndərilməyibmiş. Hərbi hissənin komandiri Taleh Şamilovun başı qarışdığından, zampalit Orxanın isə vaxtı olmadığından həmin hərbi hissənin də yardımları gecikdirilib. Ən geci martda çatdırılmalı olan yardımdan xəbər tutan körpə uşaqlı şəhid ailələrinə isə "gəlin hərbi hissədən özünüz aparın, çatdırmağa maşınımız yoxdur" deyilib.