adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Iyun 2021 11:10
64411
ŞOU-BİZNES
A- A+

Məşhurların yay istirahəti: Xarici ölkələri seçəcəklər,  yöxsa, dəbdəbəli bağ evlərini ?

İsti yay gəlir. Hazırda bir çox evlərdə isti yayın dadını çıxartmaq üçün məkanlar seçilir. Hər bir evdə xarici ölkələrə səyahət etmək, yaxud da Xəzər dənizinin sahillərində, Şahdağda, Marxalda və digər istirahət zonalarında dincəlmək haqqında müzakirələrin ən qızğın dövrüdür desək, yanılmarıq.

Amma bir çox insanların o cümlədən şou-biznes nümayəndələrinin dəbdəbəli, hər bir şəraitlə təhciz edilmiş bağ evləri onların xaricə getməyəcəyini də məntiqi şəkildə ortaya qoyur. Belə dəbdəbəli evləri olan məşhurlar yay istirahətini başqa ölkələrdə deyil həmin bağda başa vuracağına əminik. Çünki, 2020-2021-ci illər də pandemiya səbəbindən karantin rejimi oldu və toy mərasimləri, el şənlikləri baş tutmadı. Bu da xüsusən müğənnilərimizin ciblərinin boş qalmasına gətirib şıxartdı. Odur ki, Adalet.az  olaraq dəbdəbəli bağ evlərini sizə təqdim edərik. 

 

Müğənni  Manaf  Ağayevin dəbdəbəli evi Hollivud ulduzlarının evindən heç də geri qalmır.

 

 

Müğənni Nətavanın villası hər güşəsi ilə göz oxşayır

 

 

Xalq artisti Nazpəri Dostəliyevanın bağ evi isə üslub və görüntüsünə görə Avropanı xatırladır.

 

 

Müğənni Rəqsanə İsmayılova yeni villa tikdirib. Sənətçi Nardaranda tikdirdiyi evin fotolarını sosial şəbəkədə paylaşıb.

Natavanın 3 mərtəbəli bağ evi Şüvəlan qəsəbəsindədir.

 

Əməkdar artist Mətanət İsgəndərlinin bağ evi də həmkarlarının bağ evindən geridə qalmır

 

Əməkdar artist Ədalət Şükürovun villası isə bir başqa gözəldir ki, tamamən alman üslubuna daha çox bənzəyir.

 

Əməkdar artist Cabir İmanovun isə bağı Bilgəh də gözəlliyi ilə sayılıb seçilən evlərdəndir.

 

Məşhurlarımızın  belə lüks məkanı qoyub harasa üz tutacağına inanmaq istəmirik.

Əntiqə Rəşid