SON DƏQİQƏ:

Partizan qrupları yaransın, Ermənistanın daxilində... - Fazil Mustafa yazır

  35375   |  
Şriftin ölçüsü  

Bu mina məsələsinə münasibətdə bizim rəsmi təbliğatın daha doğru istiqamətdə aparılmasının vacibliyini düşünürəm. Fikrimcə, Azərbaycanın “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” deməsi elə “Ermənistan işğal olunmuş ərazilərimizdən çıxmır” deməsi kimi bir şeydir. Yəni 30 ilə yaxın təkrarlanacaq və nəticəsi olmayacaq bir tələbdir. Necə ki, sonda savaş və diplomatiya yolu ilə düşməni ərazilərdən çıxartmaqdan başqa hansısa bir tələb, beynəlxalq təşkilatlardan hansısa bir gözlənti işə yaramadı.

Adalet.az  xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Feysbuk səhifəsində qeyd edib.

Millət vəkili bu vəziyyətə uyğun maraqlı təkliflərlə çıxış edib və bildirib ki, yerli və yersiz peşəkar sakinlərdən təşkil olunan partizan qruplarının yaranmasına dövlət əngəl yaratmamalıdır:

"44 günlük savaşımız göstərdi ki, adsız qəhrəman olmağa hazır minlərlə oğullarımız var. Bununla belə, dövlət onların göstərəcəyi fəaliyyətin məsuliyyətini də daşımamalıdır. Bu partizan qrupları istər Qarabağda ermənilərin yaşadığı ərazilərdə, istər də Ermənistan ərazisində kütləvi şəkildə ermənilər üçün məlum üsullarla mina süfrəsi təşkil etməlidirlər. Ermənistanı və onun himayədarlarını ancaq bu yolla durdurmaq olar. Digər tərəfdən, həmin qruplar ermənilərin ərazimizə soxulan təxribat qruplarını məhv etməklə məşğul olmalıdırlar. Hər dəfə ermənilər mina partlayışının dadını gördüyündə, bizim onlar kimi sevinməyimizə gərək qalmayacaq. Biz bu kimi fəaliyyətləri rəsmi şəkildə pisləyəcəyik və bu adsız qəhrəmanlar da buna görə dövlətdən qətiyyən inciməyəcəklər. Bu zaman ruslar da fakt qarşısında qalacaqlar. Ermənistanın cavabdehlik daşımadığı qanunsuz birləşmələr varsa, o halda bizim də cavabdehlik daşımadığımız qanunsuz birləşmələr avtomatik olaraq mövcud olmalıdır. Elə işlər var ki, onu rəsmi hərbi strukturların etməsi arzuolunan deyil".

Deputat əlavə edib ki, eyni zamanda "erməni əsirlər"lə bağlı məsələni də gündəmə gətirmək yanlışdır:

"Çünki bizdə artıq erməni əsir qalmayıb, hamısı təhvil verilib. Bizdə savaşdan sonra ərazimizə soxulmuş ermənilərin terrorçu qruplaşma üzvləri var ki, onlar da qanunvericiliyə uyğun mühakimə olunmalıdır".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK