SON DƏQİQƏ:

İntihar edən adamla- MÜSAHiBƏ

  71045   |  
Şriftin ölçüsü  

İntihar edən adamla- MÜSAHiBƏ

Dünyadan köçmüş "X" adlı şəxs Adalet.az saytına müsahibə verib.

- Gəlin, elə ilk növbədə hadisədən- intiharınızdan danışaq. Necə oldu, niyə oldu? 

- Düzü, necə olduğunu tam özüm də  bilmirəm. Bir də ayıldım ki, ölmüşəm... Binanın başında idim, istəmirdim o qədər də. İçimdə məni xilas eləsinlər deyə bir hiss var idi, nə yalan deyim, amma bir anlıq hər şeyi unutdum, özümü atdım... 

- Hazırda hardasınız, oralarda abu-hava nə yerdədir? Bizə bu haqda məlumat verə bilərsinizmi?

- Gəlin, bu məsələdən yan keçək. Bu haqda danışmaq istəmirəm. Zəhmət çəkib, öləndə özünüz görərsiniz. İstəyirəm ki, sirli qalsın. 

- İntihar edən insanların bir çoxu bir neçə dəfə cəhd edir, sizdə də olmuşdu belə bir hal?

- Bəli, olmuşdu. Düz üç dəfə. Birində biləyimi kəsdim, ikinci də dərman atdım, üçüncü də isə özümü asdım. Özümü asanda konkret öləcəkdim, son anda otağa girdilər. Amma özüm də qurtulmağa çalışırdım. Dırnaqlarımın arası ipin saçaqları ilə dolmuşdu. Digərlərində də tez görüb xəstəxanaya aparıblar. Nə yaşamağa imkan verirdilər, nə də ölməyə....(gülür)

- Həqiqətənmi intihar çıxış yoludur? Bəlkə səbr etsəniz, dözsəniz nəsə olardı?

- İntihar canını qurtarmaqdır, amma çıxış yolu deyil. İntiharı beyninə qoyan adam üçün başqa çıxış yolu da maraqlı deyil. Çünki o, buna qədər bütün çıxış yollarını sınayıb. Ya ona bir yol buraxmayıblar, ya da tapdığı yolda imkan verməyiblər. Yolun ucunda da intihar durub, onu çağırıb. Yeri gəlmişkən, belə davam edin, mənim cinsiyyətimi bildirməyin. Qadın, yoxsa kişi olduğumu bilməyini istəmirəm bunu oxuyanların...

- İntihar səbəbini danışmaq istəyirsiniz? Ağır deyil sizin üçün?

- Ölümdən ağır nəsə var? Səbəbi isə danışmayaq. Nəticə əsasdır, o da ölmüşəm. Daha bundan artıq nə? Ümumi bir səbəb düşünün. Onsuz da elə cəmiyyətdə səbəblər aşağı-yuxarı eynidir. Sıxıntılar, başa düşülməmək, sevilməmək nələr var nələr.

- Amma yenə də ümumi bir səbəb olmalıdır axı...

- Ümumi səbəb deyəndəki, hamıda necə, məndə də elə. Məişət, cəmiyyət, ailə, dostlar, sevgi, bir də şəxsi, özümlə qəbrə apardığım nələrsə. Onları da həll edə, deyə bilsəm, daha niyə ölürdüm ki? Hər şey üst-üstə gəlir.

- Sizcə, intihar cəsarətdir, yoxsa axmaqlıq?

- Qətiyyən. Belə olsa da, belə demək olmaz. Siz demiş, bir az səbrli olmaq, dözmək lazımdır. Məndə alınmadı. Mən intihar edəndən sonra çoxlu mənasız şeylər üstündə intihar etmiş adamlar gördüm. Pul borcu, sevgilisindən ayrılan, evdə kiçik davaları olan və sairə və ilaxır. Nə cür desən, ölən var. Adamın lap yazığı gəlir. İntihar sadəcə, anlıq bir şeydir. O ərəfədə o qədər peşiman olursan ki. Mən artıq hər şeydən bezmiş, itirəcək heç nəyi olmayan biri idim. Ona görə də mənim üçün elə də bir problem yox idi. Mənim üçün bir az cəsarət idi. Axmaqlıqdan edən də var. 

- Əgər sizdən bu müsahibəni alandan sonra intihar etsəm mənə nə deyərdiniz?

- Yəqin ki, söyərdim. Belə siz özünüz qıraqdan xoşbəxt görünürsünüz. Deyəsən, içinizlə danışırsınız.

- Bəlkə elə siz mənim içimsiniz?

- Nə deyim. Amma siz intihar etməyin. Ən azından yaza, danışa bilirsiniz.


- Çoxmu peşmansınız?

- Vallah, nə deyim? Guya desəm peşimanam, nə dəyişəcək? İtirəcəyim heç nə yoxdur dedim, amma var idi. Ailəm var idi. Sadəcə, onları da nəzərə almayacaq qədər hissizləşmişdim. Nə dost, nə sevgi. Hər şey bitdi, hər şey itdi mənimlə, qarışdı torpağa. Amma etiraf edim ki, yaşamaq istəyərdim. O vaxt düşünürdüm ki,i həyat çox gözəldir, yaşamağa dəyməz, amma indi belə düşünmürəm. Sadəcə, mövcud durumla barışmışam. Mənim yolum yoxdur, amma sizlərin var. Həyatınızı xilas edin, sizi bu cür öldürəcək şeylərin üstünə çox da getməyin. Onsuz da öləcəksiniz, niyə tezləşdirirsiniz, hara tələsirsiniz?

- Müsahibə üçün təşəkkür edirik. Allah sizə rəhmət eləsin.

- Mən təşəkkür edirəm, heç olmasa, ölü ikən dindirildim, söz haqqı tanındı. Demək istədiyim çox şey var, amma indi susmaq məqamıdır, susuram. Allah sizlərə də rəhmət eləsin, dirilər, çox yaşayın.

Söhbətləşdi; Orxan Saffari 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK