SON DƏQİQƏ:

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib - FOTO

  22524   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatı K.Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkilinin Deputat Qərargahından Adalet.az-a verilən məlumata görə, həftə ərzində ümumilikdə 26 müraciət daxil olub, 9 nəfər isə canlı qəbul zamanı dinlənilib.

Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K.Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər işlə təminat və məşğulluq, maddi yardımın edilməsi, binalarda təmir-tikinti və abadlıq məsələləri, eləcə də, sakinlərin səhhətində yaşanan problemlərlə bağlı müraciətlər kimi qruplaşdırılıb.

K.Nurullayeva Deputat Qərargahına şəhid ailələri və qazilərindən də mütəmadi müraciətlərin edildiyini bildirib: “Biz şəhid və qazi ailələrinin müraciətlərinə həssaslıqla yanaşır, onları narahat edən problemlərin ən tez zamanda həllini tapması üçün aidiyyatı qurumlara müraciətlərimizi ünvanlayırıq”.

Bütün vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Deputat vətəndaş müraciətlərini tezliklə aidiyyatı üzrə müvafiq qurumlara göndərəcəyini də bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK