adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 May 2021 11:14
63940
ŞOU-BİZNES
A- A+

Heç vaxt ana olmayan, amma  “ana” obrazını ustalıqla yaradan  aktrisa etiraz etdi: SƏBƏB...

15 yaşındaykən Türkiyə gözəli seçilən, ömrünü film sənətinə həsr edən, tanınmış aktrisa  Nəbahat Çehrə ilk dəfə 1961-ci ildə  “Yaban Gülüm” filmi ilə səhnəyə  qədəm qoyub və 1962-ci ildə “Naməlum yerə gedənlər” və “Acı həyat”, 1963-ci ildə “İki vətən qadın” kimi bir çox filmində rol alıb.

 2015-ci ildə isə Vahid Mustafayevin çəkdiyi "Qanlı Yanvar" filmində rol aldığına baxmayaraq Azərbaycanda daha çox “Möhtəşəm yüz il” serialında Validə Sultan və “Aşkı-memnu” serialında baş rolda çıxış edən Beren Saatın (Bihtərin) anası obrazları ilə tanınır.
Xatırladaq ki, bir neçə il öncə Nəbahat Çehrə İstanbulda jurnalistlərə açıqlamasında "Artıq aktrisa olmayacağam, çox yoruldum" deyərək qəti qərarını söyləmişdi.

Bu 77 yaşlı Nəbahat xanımın sənətinin pərəstişkarlarını çox pərişan etmişdi. Sevilən aktrisa pərəstişkarlarının narahatçılığını nəzərə alıb bu gün yeni bir açıqlama verdi: "Mənə uyğun tərzdə obraz olsa, qayıdacağam. Bu şərtlərdə hansısa layihədə olmağı düşünmürəm. Klassik ana obrazından çıxmaq istəyirəm. Təbii ki, ana yaşındayam, amma o mənada demirəm. Mənim yaşımda qadınlar da cəmiyyətdə faydalı işlər həyata keçirirlər. Evdə oturan, gəlini ilə oğluna hökmranlıq edən ana obrazından bezdim".

 Qeyd edək ki, ünlü aktrisa iki dəfə evli olsa da, uşaq sahibi ola bilməyib.

Əntiqə Rəşid