adalet.az header logo
  • Bakı 7°C
10 Aprel 2021 10:06
28350
DÜNYA
A- A+

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə hazır deyil.

Adalet.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.

O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunması tələbi qəbulolunmazdır:

"Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunması, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində təkid edəcəksə, o zaman danışıqlar dalana dirənəcək".

Qeyd edək ki, bu həftə Avstriyada İranla beynəlxalq qüvvələr arasında nüvə sazişinin yenidən bərpa olunması ilə bağlı danışıqlar başlayıb. İran sazişin bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir.